Dünya

"Netanyahu baş nazir olduğu zaman isə xüsusilə təhlükəlidir"- Netenyahunun dostu

İsrailin müxalifət "Eş Atid” partiyasının lideri Yair Lapid İsrail rejimi Baş naziri Benyamin Netanyahu sərt şəkildə tənqid edib.   O bildirib ki, İsrail beynəlxalq böhranın içərisindədir və demokratiya baş nazir Netanyahu tərəfindən zəiflədilib:
 
"Budur böhran, mən sizə deyirəm, korrupsiya həyatımıza nüfuz edib. Hökumət demokratiyanı qorumaq yerinə demokratiyaya hücum edir. Azad mətbuat, güclü Ali Məhkəmə olmadıqda, zəif adamın gedəcəyi bir yer olmayacaq. Polis, məhkəmələr, media azad olmalıdır. Buna zərər verən bir baş nazir ola bilməz".  
 
Yair Lapid Netanyahunu 20 ildən çoxdur tanındığını, lakin son bir neçə ildə İsrail Baş naziri olduqdan sonra dəyişdiyini söyləyib:  
 
"Mən onu yaxşı tanıyıram. Onun ailəsini bilirəm. Netanyahu hazırda mənim tanıdığım şəxs deyil. Netanyahu qarşılaşdığı korrupsiya iddialarından özünü qurtarmaq istəyərkən polisə, baş prokurorluğa və digər demokratik qurumlara da hücum edib. Son bir neçə ildə ona nəsə olub. Şəxsi problemləri var. Baş nazir olduğunuz zaman isə xüsusilə təhlükəlidir. Həbsxanaya düşməmək üçün yeganə yol baş nazir olaraq qalmaqdır". 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031