“Nəşriyyat siçanları...” – Şair meyxanaçıları duelə çağırdı, ara qarışdı

“Nəşriyyat siçanları...” – Şair meyxanaçıları duelə çağırdı, ara qarışdı

Xəbər verdiyimiz kimi, şair Salam Sarvan qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Şair "meyxanaya öz yerini göstərmək üçün” onlarla deyişməyə hazır olduğunu, məğlub olacağı halda qələmi yerə qoyacağını bildirib:

"Amma son vaxtlar açıq hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə qaqaşlıq intonasiyasında fəsadlar törədir. Ona görə də bu məsələyə, mümkünsə, nöqtə qoymaq qərarına gəlirik: mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim. Daha doğrusu, bu çağırışdır.

Şərtimiz: dörd qafiyə - ikisi oynaq, ikisi əruz. Qafiyələrin ikisini mən, ikisini onlar açırlar. Hər iki tərəfdən xridarların sayı 10 nəfər. Hər iki tərəfdən çəkiliş. Həmin iki nəfərin bağlanacağı təqdirdə meyxana efirlərə çıxmamalıdır, həyatın yeraltılarında yaşamaqda davam eləməlidir. Mən bağlanacağım təqdirdə isə qələmi yerə qoyacağam”.

Mövzu ilə bağlı tanınmış meyxanaçılarla əlaqə saxladıq. Görək onlar şairlə duelə çıxmağa hazırdırmı?

Samirə Yusifqızı şairi meyxanaçıları "baltalamaq”da ittiham edib:

"Ümumiyyətlə, Salam Sarvanın hansı şeirlərinə mahnılar var? Mən bilmirəm, onu heç tanımıram, tanımaq da istəmirəm. Bütün meyxanaçıların 80 faizinin sözlərinə mahnılar var. Hamımız şeirlər yazırıq. Şair günlərlə, aylarla oturub fikirləşib bir şeiri ərsəyə gətirirsə, biz bir qafiyənin üzərində saatlarla dayanmadan meyxana deyirik və həmin dəqiqə də fikirləşib onun dəyərli, düşünülmüş cavabını veririk. Görün beyin nə qədər işləməlidir ki, həmin dəqiqədə, həmin saniyədə qarşındakına dəqiq, yerində cavabı qaytara biləsən. Bu bir. 

İkincisi, görün biz nə qədər bədbəxt millətik ki, (Mən bunu hamıya şamil etmirəm) başqa millətdə belə bir folklor janrı olarsa, onlar bütün dünyaya car çəkərlər ki, bizdə belə fitri istedadlar var, hansı ki, bədahətən şeir demək qabiliyyətinə malikdirlər. Amma bizdə başlayırlar "baltalamağ”a. Görün biz özümüz özümüzün nə qədər düşməniyik. Biz özümüzü nə qədər sevmirik... Bəsdir, bu paxıllıq, gözügötürməzlik, içini qurd yemək kimə lazımdır axı?”

Meyxanaçı lazım gələrsə, şairlə duelə çıxacağını da bildirib:

"Mən şəxsən qadınam və onun bu çağırışını qəbul edirəm. Onunla duelə çıxmağa da hazıram! Bəli, iki qafiyəni o versin, ikisini də mən verirəm. Əruzundan da, sərbəstindən də, hecasından da... Necə lazımdırsa, mən çıxıram onun qarşısına. Deyir, 10 nəfər xiridar, lap 20 nəfər olsun. Çəkiliş ilə. Bəsdir də. İnsanda  bu qədər gözügötürməzlik, bu qədər paxıllıq olmaz. Meyxana nə edir? Canlarına azar edir, ya başlarına daş salıb? Meyxana deyirik, deyə bilirik, əccəb edirik. Deyə bilirsən, çıx sən də de. Pul qazana bilmirsən, qabağa gedə bilmirsən, özünü reklam edə bilmirsən meyxanaçılarla özünü reklam etmək istəyirsən? Bəsdir də, çəkilin oturun yerinizdə! Kimsiniz siz? Azərbaycan xalqı özü yaxşı bilir ki, kimə qiymət vermək lazımdır, kimə yox. İşinizlə məşğul olun. Gedin, Oqtayın, Mehmanın sözlərinə yazılan mahnılara baxın. Onların qoyduğu əsərlərə baxın. Vüqarın Azərbaycanın xalçalarından, bölgələrindən, şairlərdən, bəstəkarlardan bəhs etdiyi yazılara baxın. Hamısı ali savadlı meyxanaçılardır. Vüqar Əbdülov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, Namiq Məna İncəsənət Universitetini bitirib. Çoxu ali savadlıdırlar, hər şeydən də xəbərləri var. 

Şair bir şeiri yazmaq üçün 50 gün oturur bir qafiyəni "Xoşbaxtlıq, xoşbaxtlıq” edərək tapa-tapa gedir. Bəs meyxanaçılar necə? Bədahətən deyənlər? Ayıb olsun, çox ayıb olsun! Onlar bizi "baltalamaq” istəsələr də, baltaları işləməyəcək, rahat olsunlar. Bizim baltamız daha iti, daha kəskindir. Yenə də deyirəm onların çağırışına da hazıram, oturaq üzbəüz deyişək görüm, o, kişidir, qoysun sənətini yerə. Fəsadlar törədən erməniləri gedib "baltalamaq” əvəzinə, meyxanaçıları "baltalayırlar”. Gücün çatır get erməni ilə dalaş. Öz millətinin içərisində folklor sənəti ilə yox. Gücün çatır get Qarabağda qan tök, ondan sonra gəl Azərbaycanda öz millətini "baltala”. Ayıb olsun. 

Rəhmətlik Prezidentimiz Heydər Əliyev Ağasəlim Çildağın əlini sıxıb və ona deyib ki, Ağasəlim, meyxananı yaşat. Salam Sarvan kimdir ki? Kəramət kimdir ki? Prezidentdən artıqdırlar? Getsinlər, işləri ilə məşğul olsunlar. Xırda-xırda şeirlərini yazıb, nəşriyyatda qurdalansınlar nəşriyyat siçanları kimi!”.

Namiq Məna şairin mövqeyinin qərəzli olduğunu deyib:

"Əgər bizim Prezidentimiz Ağasəlim Çİldağı Şöhrət Ordeni ilə təltif edirsə, Salam Sarvanın bu janr haqqında belə aşağılayıcı fikirlər söyləməyi  nə dərəcədə düzgündür? Bizim janra bu qədər dövlət qayğısı, dəstəyi var. Bu janr insanları niyə belə narahat edirki? Ümumiyyətlə, son  zamanlar efir məkanlarında da bizim janrın üzərinə çox gedilir. Təbii ki, hər janrda hamı ideal deyil. Müəyyən çatışmazlıqlar hər zaman var. Janrın pisi yoxdur, baxır onu cəmiyyətə  necə təqdim edirlər. Təqdimatdan çox şey asılıdır. Təbii ki, bizdə də istisna, xoşagəlməz  hallar var. Mən demirəm ki, bizdə hər şey idealdır, yox. Amma yetəri qədər istedadlı gənclər də var, bu janra kifayət qədər insan axını da var. Düzdü, onların içərisində vərdiş, adət formasında deyənlər də var, fitri istedad  olanlar da. Yetəri qədər fitri istedadlı gənclər var. 

Bu insanları nə narahat edir, mənim üçün maraqlıdır. Biri var qərəzli mövqedən yanaşırsan - janrın daşıyıcıları efirə çıxır, təbliğatları gedir və bu səni narahat edir. Biri də var ki, təkliflərini verirsən, məsələn, nəyi necə görmək istədiyini deyirsən. Janrı inkişafa aparmaq üçün nə düşündüyünü deyirsən. O qərəzli yanaşır. Konkret desin ki, bunu belə etsələr, daha yaxşı olar. Onda onunla razılaşaram. Yoxsa, "Efirə çıxmasınlar, təbliğatı ilə məşğul olmasınlar” elə düşünürəm ki, bu qərəzli yanaşmadır. Bizim janr çox gözəl janrdır, bədahətən şeir söyləmək hər insana müəssər olmur. Janrda çatışmayan nə var? Musiqinin şeirlə vəhdətindən mahnı yaranır, müğənni oxuyur. Bizdə bədahətən şeir söyləyirsən, bunun içərisində musiqi də var, poetika da var. Doğurdan da meyxana çətindir. Elə gənclər var ki, mən özüm qulaq asıram, zövq alıram. Kiməsə demək olmaz ki, sən bu janra qulaq asma. Meyxananın o qədər fanat ordusu var. Bu insanlara qarşı çıxmaq, onların zövqünə belə aşağılayıcı mövqe bildirmək lazımsız və gərəksiz bir şeydir”. 

N.Məna Salam Sarvanla deyişməyə də hazır olduğunu bildirib:

"Mən çağırışda iştirak etməyə hazıram. Ona elə gəlmir ki, o çox şey istəyir? Çünki 35 ildir mən bu janrda canımı qoymuşam, 35 il ərzində  populyarlıq qazanmışam, müəyyən uğurlar əldə etmişəm, mən onun yaradıcılığı ilə tanış deyiləm. Bəlkə də, yazılı ədəbiyyatda yaxşı şeirləri, qəzəlləri var. Bir tanış olaq, görək nəyə qadirdir. Yoxsa elə tanış olmamış çağırsın ki, gəl deyişək bu düzgün olmaz. Ola bilsin ki, yaxşı şeirləri var, müraciət etsin, gəlsin. Mən regional yazıçılar birliyinin sədriyəm, təklif edirəm ki, gəlsin bizim tədbirlərdə də iştirak etsin, gənclərlə əyləşsin, hətta bir deyişmə də yaradaq. Əgər istəyirsə,  problem yoxdur, o şəraiti də yarada bilərik. Onun dediyi "Əruz qafiyə, oynaq qafiyə”  fikrinin özü səhvdir. Əruzda olan qafiyələrin hamısı oynaqdır. Ola bilsin, fikrini çatdıra bilməyib. Oynaq  qafiyə nədir, əruz qafiyəsi nədir? 

Tək Salam Sarvan deyil. Mən digər efir məkanlarına da baxıram, bu janrın üzərinə bəzi insanlar gedir. Özü də elə insanlar gedir ki, hələ bu vaxta qədər cəmiyyət içərisində nə iləsə tanınmayıblar. Sadəcə fikir bildirirlər”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

10 martda keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Sfera az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci ...

Kopenhagendə tarixi bina yanır - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.   Sfera.az xəbər...

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat ver...