Nəsiminin Hələbdəki məzarı təmir olundu - FOTO

Nəsiminin Hələbdəki məzarı təmir olundu - FOTO
 

Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə 2019-cu il "Nəsimi ili” elan olunub.

Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğurur.

Bir neçə ay bundan qabaq Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuata müsahibəsində Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparıldığını qeyd etmişdi.

"Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, "Nəsimi ili”, "Nəsimi festivalı” bu məsələnin daha çevik həllinə dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcək”.

Sfera.az  xəbər verir ki, modern.az Nəsiminin məzarının təmir olunmuş yeni fotolarını əldə edib. İmaddədin Nəsimi şəcərəsinin Hələb şəhərində yaşayan nümayəndəsi Bəşşar Nəsimi bin Əhməd Cövdət saytımıza açıqlamasında məzarı təmir etdiklərini bildirib:

"Bu il Azərbaycan hökuməti Azərbaycanda "Nəsimi ili” elan etdi. Bir daha Azərbaycan prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi, Suriyada gedən müharibə nəticəsində məzar tamamilə dağılmışdı. Ona görə burada hər hansı tikinti işlərinin aparılması riskli idi. Bu səbəbdən illərdir ki, Nəsiminin məzarı baxımsız vəziyyətdə qalmışdı”.

Bəşşar Nəsimi qeyd edib ki, ailə olaraq məzarlığı təmir etmək qərarına gəliblər:

"Qərara gəldik ki, şəxsi büdcəmiz hesabına Nəsiminin məzarını təmir edək. Çünki bura dünyanın bir çox ölkələrindən ziyarətçilər gəlir. Ona görə də təmir işləri aparmağa nail olduq”.

Qeyd edək ki, Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...