Nəsimi rayonundakı 1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilmişdir

Nəsimi rayonundakı  1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilmişdir
Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində  bayram tədbiri keçirilmişdir.

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş,burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün  hər cür şərait yaradılmışdır.
 
Tədbirdə   uşaqlara hədiyyələr təqdim edilmiş,  Şaxta baba və Qar qız burada yaşayan uşaqların sevincinə səbəb olmuş, uşaqları əyləndirmiş və birlikdə maraqlı oyunlar keçirmişlər.

Tədbirdə  iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva və körpələr evinin kollektivi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti,    Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
 
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR