Nəsimi rayonunda yanvarda 6 səyyar qəbul keçirilib

Nəsimi rayonunda yanvarda 6 səyyar qəbul keçirilib
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı
verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların
keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş
tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət
mərkəzindədir.
Rayonda 2020-ci ilin yanvar ayı ərzində RİH başçısı Asif Əsgərov
tərəfindən 6 səyyar qəbul və görüş keçirilmişdir. 1000-ə yaxın sakinin
iştirak etdiyi qəbullarda 39 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin
əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və
qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə
müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi
aparılmışdır. Vətəndaşların müraciətləri əsasən həyətlərin
abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və
liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması,
qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin
sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin tərəqqisi, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da
yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək,
sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli
diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

OXŞAR XƏBƏRLƏR