Nəsimi rayonunda rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

Nəsimi rayonunda rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş müşavirə keçirilib


 

Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərindən danışaraq, rayonda sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanıldığını bildirdi.

Qeyd olundu ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki müxtəlifMTK-lara məxsus bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı yaranan bir sıra çatışmazlıqlar mövcuddur.

Bildirildi ki, bayram günlərində rayonun sanitar-təmizlik vəziyyəti ciddi nəzarətdə saxlanılmışdır. Rayon ərazisindəki parklarda,mövcud yaşıllıqlarda sanitar-təmizlik işlərinin nəzarətdə saxlanılması, mövcud yaşıllıqlara qulluq göstərilməsi, yollarda və səkilərdəki abadlıq işlərinin başa çatdırılmasının vacibliyi xüsusi vurğulandı.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar təmizlik aylığının keçirilməsi və Nəsimi rayonunun da bu təşəbbüsə qoşulduğu müşavirə iştirakçılarının nəzərinə çatdırıldı.

Tədbirdə çıxış edənlər-Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yahyayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı MKTB-nin 70 saylı MKİS-in rəisi Fərhad Nagıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyev görülmüş işlər barədə məlumat verərək bir sıra təkliflər irəli sürdülər.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmamazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, ayrı-ayrı xidmətlər tərəfindən aparılan qazıntı işlərindən sonra bərpa işlərinin diqqət mərkəzində saxlanılması, yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmzilik işlərinin daim nəzarətdə saxlanılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...