Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir
16:55 / 18.03.2020
3510
Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının
Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə
respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da bu virusa qarşı
qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir.
Rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas, orta ümumtəhsil və
məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin
girişlərində, inzibati binalarda, ümumi istifadə olunan yerlərdə və liftlərdə sanitar-
təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlərinə başlanılmış, bu işlərin
virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur.
Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.