Nəsimi rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilir

Nəsimi rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilir
 
Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda
törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir
yerində olduğu kimi Nəsimi rayonunda da   bu virusa qarşı qabaqlayıcı profilaktik
tədbir olaraq başlanılmış dezinfeksiya işləri və koronavirus (COVİD - 19)
infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə əlaqədar
təxirəsalınmaz tədbirlər davam etdirilir.
Rayonda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının
alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin
yüksəldilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Rayon
Qərargahının sədri Asif Əsgərov xüsusi yaradılmış dezinfeksiya işlərini aparan
qurupların üzvləri ilə görüşərək onlara müvafiq tövsiyyələr vermişdir.
Bildirilmişdir ki, yaradılmış monitorinq qrupları mütamadi olaraq rayon
ərazisində monitorinqlər aparır və aşkar edilmiş çatışmazlıqların aradan
qaldırılması üçün təcili tədbirlər həyata keçirirlər. Eyni zamanda əlavə qabaqlayıcı
tədbir kimi maarifləndirmə işlərinin aparılmasının zəruriliyi qeyd olunmuşdur.

OXŞAR XƏBƏRLƏR