Nəsimi rayonunda 2019-cu ilin yekunları müzakirə edildi

Nəsimi rayonunda 2019-cu ilin  yekunları müzakirə edildi
 
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və
qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il
görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata
keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati
ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat
xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Avropa otelində  keçirilən
2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il
üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2
saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nuru Əhmədov
bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri
çərçivəsində 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində
də bir sıra  abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları
əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində
geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının
səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində 
yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman
qurğuları quraşdırılmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 96 illiyi ərəfəsində  rayonun müxtəlif  ərazilərində, mövcud parklarda və
yaşıllıq zolaqlarında ağac və gül əkmə  kompaniyası keçirilmişdir. Nəsimi rayon
İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin
nümayəndələri tərəfindən  rayonun küçələrində, Koroğlu, Zorge, T.Şevçenko və
Zabitlər park və bağlarında, yaşıllıq zolaqlarında ağaclar və gül kolları
əkilmişdir.
Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq
tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün
bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli
Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 5 saylı
poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.
Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı ünvanlarda Rayon
İcra Hakimiyyətinin başçısı 20-dən çox səyyar qəbul və görüşlər keçirmiş,
qəbullarda  sakinlər tərəfindən qaldırılmış problemlər rayon İcra Hakimiyyəti
Başçısının verdiyi tapşırıqlara əsasən həll edilmiş, bəzi məsələlərə isə aydınlıq
gətirilməsi üçün müvafiq izahatlar verilmişdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 
bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf
konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və
rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra
edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli
işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar
və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və
müasirləşməsi  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin
yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng
quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl
şəhərlərindən birinə çevirilmişdir. 2019-cu ildə Nəsimi rayonunda görülən işlər və
həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd
etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq
quruculuq işləri davam edəcəkdir.
Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra
Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan Qusar rayonunda
rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox
şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi
çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər
etmişlər. Məktəblilərin yay tətili gunlərində onların asudə vaxtlarının daha maraqlı
və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün
müxtəlif ekskursiyalar və tədbirlər təşkil edilib keçirilmişdir.
Hesabat  yığıncağında Kəmalə Qədirova, Elnur Səttarov, İmamverdi Həmidov
və başqaları çıxış edərək   respublikada, o cümlədən Nəsimi rayonunda  aparılan
quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin,
aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən
işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
öz dərin minnətdarlıqlarını bildirmişlər.
Hesabat yığıncağında sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

OXŞAR XƏBƏRLƏR