Nəsimi məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına yola düşdülər

Nəsimi məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına yola düşdülər
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına
əsasən   13-16 noyabr 2019-cu il tarixlərdə  «Ölkəmizi tanıyaq» devizi ilə
yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti  
maarifləndirici tur-aksiyası  təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon
məktəblilərinin  Gəncə-Şəmkir - Göygöl rayonlarına səfərləri  ilə əlaqədar  13
noyabrda yola salınma mərasimi keçirildi.
Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər
Əliyevin abidəsi önünə gül çiçəklər  düzərək Ümummilli Liderə ehtiram və dərin
məhəbbətlərini bildirdilər. Yola salma mərasimində çıxış edənlər məktəblilərə
 göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin
minnətdarlıqlarını bildirdilər.
Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin
avtomaşınının müşayəti ilə yola salındılar.

OXŞAR XƏBƏRLƏR