Nərminin əmisi İlkinin atasına CAVAB VERDİ

Nərminin əmisi İlkinin atasına CAVAB VERDİ
 
Tovuzda qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı istintaq davam etdirilir.
 

Sfera.az  xəbər verir ki, bunu trend-ə açıqlamasında N. Quliyevanın əmisi Lətif Quliyev deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı İlkin Süleymanovdan başqa saxlanılan yoxdur: "Hələlik Nərminin ailəsindən istintaqa çağırılan olmayıb. Bizə əlavə məlumat verilməyib, istintaq gedir. O gündən sonra İlkinin ailəsindən heç kim Nərmin Quliyevin ailəsindən heç kimi görməmişik”.

L.Quliyev təqsirləndirilən şəxsin atası İbrahim Süleymanovun oğlunun günahsız olması barədə dediklərinə də münasibət bildirib.

O bildirib ki, İbrahim Süleymanovun dedikləri həqiqətə uyğun deyil: "Yalan olsaydı niyə saxlayırdılar İlkini? Yalan deyil ki saxlayıblar. Onun valideynlərindən heç biri hadisədən sonra bizə nə gəlməyib, nə də heç nə deməyiblər. Harda nə danışıblar, bilmirik. Biz istintaqın gedişini gözləyirik”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...

Baydendən MARAQLI AÇIQLAMA: "Əmimi adamyeyənlər yeyib"

ABŞ Prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə ...

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı mü...

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...