Nərimanovda su problemi olacaq
19:39 / 14.02.2018
723
Fevralın 15-də gün ərzində Bakı şəhərinin Təbriz küçəsi boyunca ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” ASC-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, məhdudiyyətlər Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.