Nərimanovda iki avtomobil toqquşdu, xəsarət alan var
Hadisə
10:51 / 25.07.2021
788
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev praspektində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin 1984-cü il təvəllüdlü Ağalarov Elnur Mirzamin oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.