Nəriman Əliyevdən XƏBƏR VAR - \"Səhhətim qaydasındadır\"
18:16 / 13.02.2018
1526
Bir müddət öncə Nəriman Əliyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşmüşdü.
Sfera.az xəbər verir ki, bir neçə gün koma vəziyyətində ciddi nəzarət altında olan millət vəkili ilə bağlı KİV-lərdə müxtəlif xəbərlər yayıldı. Hazırda ev şəraitində müalicəsini davam etdirən Nəriman Əliyevlə əlaqə saxladıq və səhhətindəki vəziyyətlə maraqlandıq. Deputat verdiyi açıqlamada bildirdi ki, səhhəti normaldır, özünü yaxşı hiss edir və tez bir zamanda əvvəlki normal vəziyyətinə qayıdacaq.
Qeyd edək ki, N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
Elvin Paşazadə