Cəmİyyət

"Nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq" - DYP-dən AÇIQLAMA

 

Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) açıqlama yayıb.

Sfera.az-ın xəbərinə görə, açıqlamada xatırladılıb ki, Azərbaycan son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib:

"Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib.

Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləcək.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi diqqətinizə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur".

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031