Nəqliyyat naziri bir telefon zənginə görə istefa verib- Bu ölkədə

Nəqliyyat naziri bir telefon zənginə görə istefa verib- Bu ölkədə
Yeni Zelandiyanın nəqliyyat naziri Fil Tuayford qanuna zidd olaraq təyyarənin göyərtəsində telefonla zəng etdiyinə görə istefa verib.

Tuayford təyyarə uçuşa hazırlaşan zaman zəng etməklə mülki aviasiya qaydalarını pozub.

"Bu heç kimə yaraşmaz, o ki, qaldı nəqliyyat nazirinə. Səmimi üzrxahlığımı bildirirəm”, – deyə Tuayford qeyd edib. O, insidentlə bağlı istefa verdiyini açıqlayıb.

Ölkənin Baş naziri Casind Ardern nazirin istefasını qəbul etməyib, lakin mülki aviasiya məsələlərini Tuayfordun müavini Culi Enn Centerə tapşırıb./azərrtac
 

OXŞAR XƏBƏRLƏR