Neptundakı \"almaz yağışı\"nın sirri açılıb

Neptundakı \

Amerikalı alimlər Neptun və Uranda müşahidə olunan"almaz yağışı" yaratmağı bacarıblar.


Sfera.az nüfuzlu "Mechanics” nəşrinə istinadla xəbər verir ki, araşdırma SLAC Milli Sürətləndirici Laboratoriyada (ABŞ) aparılıb.


Planetlərin atmosferinin əsasən hidrogen, helium və metandan ibarət olması barədə biliyə sahib olan mütəxəssislər laboratoriya şəraitində oxşar şərait yaratmağa çalışıblar. Alimlər rentgen lazerindən istifadə ediblər, metan əvəzinə karbohidrogen polistirolu götürüblər.

 

Sonuncu material 4,7 min dərəcəyə qədər qızdırılaraq təxminən 1,5 milyon bar təzyiq altına yerləşdirilib. Mütəxəssislərin fikrincə, həmin təzyiq 250 Afrika filının dırnaq səthinə göstərdiyitəzyiqə bərabərdir.


Təcrübələr karbohidrogenin parçalanması ilə sonuclanan kimyəvi reaksiya alınıb. - karbon almaz formasında kristallaşıb, hidrogen isə buxarlanıb. Tədqiqatçıların fikrincə, təcrübə Neptunun nüvəsinin nədən belə böyük miqdarda enerji istehsal etməsinin (Günəşdən aldığı enerjidən təxminən iki dəfə atrıq) səbəbini açıqlayır Alimlərin gəldiyi qənaətə görə, enerjinin mənbəyi bir-birinin üzərinə qalanan almazlardır.

 

"Yeni ekzoplanetlər kəşf olunduqca bu proseslərin mahiyyəti daha anlaşılan olacaq.”,- deyə araşdırmada iştirak edən alim Dominik Kraus bildirib.


OXŞAR XƏBƏRLƏR