Nənə nəvələrini xilas etdi - Sabunçuda

Nənə nəvələrini xilas etdi - Sabunçuda
Ötən gecə Bakının Sabunçu rayonunda yanğın baş verib.
Sfera.az anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Albalılıq 1 yaşayış massivində Teymur Mirzəyevə məxsus fərdi yaşayış evində baş verib. Yanğın ümumi sahəsi 130 kv.m olan birmərtəbəli evi bütünlüklə əhatə edib. Məlumata görə, həmin vaxt evdə Teymur Mirzəyevin həyat yoldaşı Əzizə Mirzəyeva və iki azyaşlı nəvəsi də olub. Qəfil yaranmış alovdan qorxan qadın çıxış yolunu uşaqları da götürüb bayıra qaçmaqda görüb.
Hadisə barədə danışan Əzizə Mirzəyeva yanğın vaxtı bir çox qiymətli əşya ilə yanaşı 25 min manat məbləğində pulun da yanaraq kül olduğunu bildirib. 
Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb və yaxınlıqdakı tikililər də yanğından mühafizə edilib. Ancaq ailə üzvlərinə dəymiş ziyanın çox olduğu bildirilr. Onların yardımına ilk gələn isə qonşu olub.
Faktla əlaqədar araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...