Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: \"ÖZÜM BAXACAM...\"

Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: \
Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılan azyaşlılara atası sahib çıxıb.

Sfera.az-ın məlumatına görə, xəstəxananın baş həkimi Rafael Mustafayev bildirib ki, ata xəstəxanaya gələrək uşaqlarını aparmaq istədiyini deyib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov isə hadisə ilə bağlı danışıb.

Onun sözlərinə görə, dünən axşam təxminən saat 9-da iki nəfər yanlarında iki uşaqla xəstəxanaya gəlib. "Onlar növbətçi həkimə uşaqları küçədən tapdıqlarını, buna görə də, xəstəxanaya yerləşdirmək istədiklərini deyiblər. Növbətçi həkim məruzə etmək üçün gözləmələrini xahiş edib. Geri qayıdanda isə görüb ki, onlar uşaqları dəhlizdə qoyaraq gediblər. Uşaqlardan birinin 8 yaşı var, digəri 6 aylıqdır”, - Abubəkirov əlavə edib.

Dərhal Bərdə Rayon İcra Hakimiyyətinə, hüquq-mühafrizə orqanlarına məlumat verilib, uşaqlar üçün palata ayrılıb.

Araşdırma zamanı bəlli olub ki, uşaqları xəstəxanaya gətirənlər yad deyil, onların ana tərəfdən doğma nənəsi və babasıdır. Uşaqların da məhz ailə münaqişəsi zəminində atıldığı güman edilir.

Xəstəxanaya gələn ata deyib ki, uşaqlarına qarşı tərəfin sahib çıxmırsa, özü baxa bilər. Uşaqlar müayinə ediliblər, vəziyyətləri yaxşıdır. Araşdırmadan sonra qərar veriləcək.

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...