Nəhənglərdən babırçı məğlubiyyət– NƏTİCƏLƏR

Nəhənglərdən babırçı məğlubiyyət– NƏTİCƏLƏR
Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
 
VI turun sonuncu oyun günündə 8 qarşılaşma keçirilib.
 
E qrupunda bütün vəsiqələrin sahibi bu turadək müəyyənləşmişdi. Son turda yalnız qrup birincinin adına aydınlıq gəlib. Bu "Ayaks" - "Bavariya" matçında müəyyənləşib. Oyun 3:3 hesabı ilə yekunlaşıb və almanlar 1/8 finala vəsiqə lider kimi çıxıblar - 3:2. Avropa Liqasına vəsiqə qazanmış "Benfika" isə  AEK-i minimal hesabla yenib - 1:0.

F qrupunda 1/8 finalı daha öncədən təmin edən digər komanda "Mançester Siti" evdə "Hoffenhaym"la münasibətlərə aydınlıq gətirib və 2:1 hesablı qələbə qazanıb. Qrupun digər oyununda növbəti mərhələyə iddialı iki komanda üz-üzə gəlib. "Şaxtyor"u doğma meydanda "Lion"a qalib gələ bilməyib - 1:1. Nəticədə fransızlar 1/8 finala çıxıb. Ukraynalılar isə Avropa Liqası ilə kifayətlənib.

Günün ilk oyunları G qrupunda keçirilib. Turnirin son qalibi "Real" İspaniyada Moskva ÇSKA-sını sınağa çəkib, "Roma" Çexiyada "Viktoriya"nın qonağı olub. Bu qrupdan ispanlar və italyanlar öncədən növbəti mərhələni təmin etmişdi. Digər iki komanda isə son turda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparırdı. Ruslar səfərdə "Real"ı 3:0 hesabı ilə yenib. Çexlər isə "Roma"ya qalib gəlib - 2:1. Nəticədə "Viktoriya" Avropa Liqasına vəsiqə qazanıb.

H qrupunda bütün vəsiqələrin sahibi bəlli idi. "Yuventus" və "Mançester Yunayted" mübarizəni Çempionlar Liqasının 1/8 finalına, "Valensiya" isə Avropa Liqasına vəsiqə qazanmışdı. "Yuventus" son turda səfərdə "Yanq Boyz"a, "Mençester Yunayted" "Valensiya"ya 1:2 hesabı ilə yenilib. Nəticədə almanlar qrup birincisi olub.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur, 12 dekabr

E qrupu
Benfika (Portuqaliya) - AEK (Yunanıstan) 1:0
Qol: Aleks Qrimaldo, 88.
Qırmızı vərəqə: Konstantinos Qalanopulos, 87 (AEK).

Ayaks (Hollandiya) - Bavariya (Almaniya) 3:3
Qollar: Duşan Tadiç, 61; 81. Nikolas Taqliafiko, 90+5 - Robert Levandovski, 13; 86-pen. Kinqsli Koman, 90.
Qırmızı vərəqələr: Maksimilian Vober, 67 - Tomas Müller, 75.
F qrupu
Mançester Siti (İngiltərə) - Hoffenhaym (Almaniya) 2:1
Qollar: Leroy Sane, 45+1; 61 - Andrey Kramariç, 16-pen.

Şaxtyor (Ukrayna) - Lion (Fransa) 1:1
Qollar: Junior Moraes, 22 - Nabil Fekir, 65.

G qrupu
Real (İspaniya) - ÇSKA (Moskva, Rusiya) 0:3
Qollar: Fedor Çalov, 37. Georgi Şennikov, 43. Arnor Siqurdsson, 73.

Viktoriya (Çexiya) - Roma (İtaliya) 2:1
Qollar: Jan Kovarik, 62. Tomas Çori, 72 - Çingiz Ünder, 68.
Qırmızı vərəqə: Luka Pelleqrini (Roma), 90+2. 
H qrupu
Valensiya (İspaniya) - Mançester Yunayted (İngiltərə) 2:1
Qollar: Karlos Soler, 17. Pil Yones, 47 (avtoqol) - Markus Raşford, 87.

Yanq Boyz (İsveçrə) - Yuventus (İtaliya) 2:1
Qollar: Guillaume Hoarau, 30-pen; 68 - Paulo Dibala, 80.


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...