Nəhənglər bu gün Rusiya üçün toplanır

Nəhənglər bu gün Rusiya üçün toplanır
ABŞ prezidenti Barak Obama bu gün Almaniyanın Hannover şəhərində Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İngiltərənin baş naziri Devid Kameron və İtaliyanın baş nazir Matteo Renzi ilə görüşəcək.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, avroatlantik əməkdaşlıq problemlərinin müzakirə olunacağı sammitdə Rusiyaya qarşı sanksiyaların saxlanılması da gündəmdə olacaq.
 
Məlumata görə, ABŞ NATO üzrə müttəfiqlərindən Rusiyaya  qarşı tətbiq olunan sanksiyaların saxlanılmasına töhfə verməyi tələb edir. Avropa Birliyi Rusiya və Ukraynanın fiziki və hüquqi şəxslərinə dair sanksiyaların müddətini sentyabrın 15-dək uzadıb. Lakin sanksiyaların müddətinin növbəti müddətə uzadılmaması ilə bağlı təkliflər səslənir.

OXŞAR XƏBƏRLƏR