Neftlə zəngin bu ölkəni Azərbaycanla nə bağlayır?: Araşdırma

Neftlə zəngin bu ölkəni Azərbaycanla nə bağlayır?: Araşdırma
Son illlər Yəmən müharibəsindəki etdiyi cinayətlər ilə gündəmə gələn və zəngin neft ölkələrindən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Bu araşdırma yazımızda BƏƏ barədə daha geniş məlumat verməyə çalışacağıq:   Birləşmiş Ərəb Əmirlikləri dünyanın neft rezervi baxımından ən zəngin altıncı ölkəsidir. Ərəb yarımadasının qərbində yerləşən BƏƏ şərqdən Oman, cənubdan isə Səudiyyə Ərəbistanı ilə qonşudur.   Ölkənin qərbdə Qətər, şimalda isə İran İslam Respublikası ilə dəniz sərhədi var.   Tarixi və idarə olunması   16-cı əsrdən başlayan Portuqaliya müstəmləkəçiliyindən sonra 17-ci əsrdə buraya ingilislər gəldilər. 1819 və 1820-ci illərdə BƏƏ-nin limanları hücumlara məruz qaldı. Yerli xalq müqavimət göstərsə də ingilislər buranı işğal edə bilmişdi. 1892-ci ildə ingilislər ölkənin xarici siyasətini nəzarət altında saxlanılması barədə qərar qəbul etdi.   

Ölkə 1873 və 1947-ci ilə qədər Britaniya Xarici İşlər Nazirliyi tərəfindən idarə olundu. Daha sonra burada bəzi üsyanlar başladı. İngilislərin 1971-ci ildə Bəsrə körfəzindən çəkilməsindən sonra Birləşmiş Ərəb Əmirlikləri adı altında yeddi əmirlikdən ibarət yeni federasiya yaradıldı.   Bu əmirliklər Əbu Dabi, Dubay, Əcmən, Fuceyra, Rəsul-Xəymə, əş-Şariqa və Ummu əl-Qayəvindir. Federal olaraq hər biri əmirləri tərəfindən idarə olunur. Ümumi federasiya bu əmirlər tərəfindən seçilən dövlət başçısı tərəfindən idarə olunur. Ölkə ərazisinin 93 faizi Abu-Dabi və Dubay əmirliklərinin payına düşür.   

 Hazırkı dövlət başçısı Əbu Dabinin əmiri şeyx Xəlifə ibn Zahid Şeyx Xəlifə atası Şeyx Zahid ibn Sultan əl-Nahyanın vəfatından dərhal sonra, BƏƏ-də Federal Şurada prezident postuna təyin olundu. 86 yaşlı başçı bu vaxta qədər uzun müddət xəstə idi və 2004-cü ilin noyabr ayında vəfat etdi. (Hazırkı dövlət başçısı, Əbu Dabinin əmiri şeyx Xəlifə ibn Zahid Şeyx Xəlifə)   1969-cu ildən Əbu-Dabinin şahzadəsi olan Şeyx Xəlifə qərb islahatçısı kimi insanlar içərisində məşhurlaşıb. Tez-tez "millətin atası" adlandırılan Şeyx Zahid hələ 1966-cı ildə Əbu Dabinin hakimi vəzifəsində öz qardaşını əvəz etmişdi. Güclü lider və federasiya ideyası tərəfdarı olduğuna görə məhz o, 1971-ci ildə BƏƏ-nin birinci prezidenti seçilmişdi. O vaxtdan hər beş il onu prezident postuna yenidən seçiblər. Şeyx Zahid ölkənin siyasi həyatına dini dözümlülük və əsasən də qadınlar üçün hüquq bərabərliyi kimi anlayışlar gətirmişdi. Bu isə BƏƏ-də əhəmiyyətli dərəcədə stabilliyin yaranmasına gətirib çıxardı.   
Ölkənin Vitse-prezidenti, baş naziri və Dubayın əmiri şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur. Ali qanunverici orqan prezident yanında 40 nəfərdən ibarət Məsləhətverici Milli Şuradır. Ali icraedici orqan Dubay əmrinin rəhbərlik etdiyi Nazirlər kabinetidir. Ölkədə siyasi partiyaların və həmkarlar təşkilatının fəaliyyəti qadağan olunub.   BƏƏ-nin coğrafiyası   Təbii xüsusiyyətlərinə görə ölkə dörd təbii bölgəyə ayrılır: Fars körfəzi sahili, Materik yaylası, Oman körfəzi sahili və Dağlıq ərazi. Ölkə ərazisinin çox böyük hissəsini səhralar təşkil edir. BƏƏ-də qiymətli faydalı qazıntılar  neft, təbii qaz, dəmir filizi, daş duz, nikel və s. aşkar edilib. 
Mütəxəssislərin fikrincə ölkədə neftin aşkar edilmiş ehtiyatı 10 mlrd. tona yaxındır. Əmirliklərin ərazisində iqlim xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və Şərq bölgələrinə ayrılır.  
 
Ölkə əhalisinin 80 faizi şəhərlərdə yaşayır. Əbu Dabi, Dubay, Şərca ən böyük şəhərləridir. BƏƏ-nin paytaxtı Əbu Dabi şəhəridir.   Dili, etnik mənsubiyyəti və mədəniyyəti   BƏƏ-də əhalinin ilk siyahıya alınması 1968-ci ilin mart-aprel aylarında aparılmış (o vaxt ölkə Müqaviləli Oman adlanırdı) və 180 min nəfər sakin qeydə alınmışdı. Əhalinin sayı təbii artım, xüsusilə xarici mühacirlərin (qonşu Ərəb ölkələri, Hindistan və İrandan gələn fəhlələrin) kütləvi axını hesabına sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4 milyon nəfərə çatmışdı. Əhalinin ilk siyahıya alınmasından XXI əsrin əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artıb.   
Hesablamalara görə 2018-ci ildə ölkədə əhalinin sayı 9,599,353 nəfər olub. BƏƏ əhalisi əsasən ərəblərdən, qismən bəluclardan, farslardan, puştunlardan, pəncablılardan, benqallardan və az sayda digər etnik qruplardan ibarətdir. Digər Afrika-Ərəb ölkələrində olduğu kimi Ərəb dili burada da rəsmi dildir. Ərəb dili ölkədə təhsil dilidir və hakim dil olma xüsusiyyəti daşıyır. Müəyyən bir dövrdə İngilis hakimiyyətində qaldığı üçün ölkədə İngilis dilində də danışırlar. Xüsusilə iş həyatında geniş şəkildə İngilis dilindən istifadə edilir.   
Küçə, mağaza və digər yerlərin adları İngilis dilində yazılır. Ticarət dili fransız, ərəb və fars dilləridir. Ölkədə pakistanlı və hindistanlı gəlmələrin sayının yüksəkliyi səbəbindən burada Hind-Urduca da danışılır.   İqtisadiyyatı   BƏƏ qərbi Asiyanın ən inkişaf iqtisadiyyatına malikdir. 50-ci illərə qədər BƏƏ-də neft yataqları kəşf olunanadək iqtisadiyyatda əsas sahələr hələ o vaxt tənəzzülə uğrayan balıqçılıq və mirvari hasilatı idi. Amma 1962-ci ildən əmirliklərdən ilk olaraq Əbu-Dabi neft ixrac etməyə başlayanda ölkə və onun iqtisadiyyatı tanınmayacaq dərəcədə dəyişildi.   
Birləşmiş Ərəb Əmirliyi yaradıldığı gündən onun prezidenti, Əbu-Dabinin mərhum hakimi şeyx Zahid neft sənayesi potensialını tez dərk etdi və neft ixracından gələn gəliri səhiyyəyə, təhsilə və milli infrastrukturun inkişafına yatıraraq, bütün əmirliklərin inkişafını təmin etdi. 
Neft sənayesinin inkişafı xarici işçi qüvvəsinin axınına səbəb oldu, indi onlar ölkə əhalisinin, təqribən, 1/4 hissəsini təşkil edirlər. Biznes və turizmin inkişafı əmirlikdə tikinti sahəsinin inkişafına səbəb olub.   Terrorizmə dəstək və BƏƏ-nin Yəmən müharibəsindəki rolu   Ərəb Baharı prosesindən sonra bölgədə BƏƏ Ərəb Koalisiyasının əsas gücü olaraq formalaşmağa başladı. Səudiyyə Ərəbistanı ilə birgə hərəkət edən BƏƏ Yəməndəki bir çox cinayətlərdə iştirak edib.   BƏƏ-nin Yəməndəki məqsədinin torpaq bütövlüyünü bərpa etmək deyil. Əgər belə olsa idi Adən şəhəri işğal altında saxlanılmazdı. Bundan əlavə BƏƏ Yəmənə dəniz yolu ilə göndərilən humanitar yardımların da qarşısını dəfələrlə alıb.   Bu barədə Yəmən hökuməti və "Ənsarullah" hərəkatı dəfələrlə sübutlar yayıb.   
   2015-ci ildən etibarən Birləşmiş Ərəb Əmirlikləri, başda Adən şəhəri olmaqla Yəmənin limanlarını və yeraltı zənginliklərini də ələ keçirib. BƏƏ-nin Yəməndəki hərbi varlığı və ələ keçirdiyi enerji qaynaqları əslində müstəmləkəçi olduğunu sübut edir.   BƏƏ həm də Yəməndəki sünni müsəlmanlarına da qarşıdır. Adən şəhərində onlarla sünni İslam aliminin qətl edilməsi dəfələrlə mətbuatda işıqlanıb. Əsasən Adən və Taiz şəhərində sui-qəsd əməlləri BƏƏ-nin həm də cinayətkar xislətini ortaya qoyur.   Vurğulanır ki, Yəmənin cənubundakı ən güclü işğalçı qüvvə olan BƏƏ həm də Sokotra adasını işğal edib. Adada gizli həbsxanaların varlığı beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə bəyan olunub. Sonuncu dəfə Beynəlxalq Əfv Təşkilatı bu ilin iyul ayında BƏƏ-nin Adən, Taiz və Sokotra adasında ələ keçirdiyi yəmənli döyüşçülərə qarşı işgəncələr etməsi barədə bəyanat yaymışdı.   
Bundan əlavə BƏƏ-nin adı Suriyadakı terrorçu qruplaşmalara da dəstək verməkdə hallanıb.   Əsasən "əl-Mənar" və "əl-Aləm" telekanalları yayımladıqları reportajlarda İŞİD, "Nurəddin əz-Zingi", və "Nusra Cəbhəsi" kimi terrorçu qruplaşmalara maddi dəstək verdiyini iqeyd ediblər.   
BƏƏ ilk əvvəllər iddiaları təkzib etsə də daha sonra bu mövzulara münasibətini bildirməyib.   Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın diplomatik əlaqələri   Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulub.   1994-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirlikləri Ankaradakı Səfirini Azərbaycana akkreditə edib.   1994-cü ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT üzv dövlətlərin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə toplantısı çərçivəsində BƏƏ Prezidenti Şeyx Zayed ibn Sultan Əl Nəhyanla görüşüb. 2001-ci ilin fevral ayında Eldar Səlimov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunub.   (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BƏƏ dövlət başçısı Şeyx Zayed ibn Sultan Əl Nəhyanla görüşü. 1994-cü il 13 dekabr)   2001-ci ilin 16 iyun tarixindən etibarən Azərbaycan Respublikasının Səfirliyi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə fəaliyyət göstərir. 2009-cu ilin noyabr ayından etibarən Elxan Qəhrəman Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfiridir. 2011-ci ilin oktyabr ayında BƏƏ Səfirliyi Azərbaycanda fəaliyyətə başlayıb və Səlim Xəlifə əl-Ğafli BƏƏ-nin Azərbaycandakı Respublikasındakı Səfiri təyin olunub.   
   Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.   Azərbaycan və BƏƏ arasında imzalanan bəzi sənədlər bunlardır:   1. "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş”;   2. "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya”;   3. "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”;   4. "Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondu (AZPROMO) ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Ticarət və Sənaye Palatası arasında Azərbaycan - BƏƏ Biznes Şuranın yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdır.”   Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaisi Azərbaycan-BƏƏ əlaqələrini şərh edərkən bildirib ki, hazırda iki ölkə arasında əlaqələrin inkişafına qarşılıqlı maraq var: "Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk İslam ölkələrindən biridir. Bu, Azərbaycan üçün mühüm bir dəstək idi. Bu gün isə müxtəlif sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirmək üçün hər iki dövlət tərəfindən qarşılıqlı istək var".Eastnews


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...