Neftin qiyməti kəskin düşdü

Neftin qiyməti kəskin düşdü
 Koronavirus dünya iqtisadiyyatına böyük təsir göstərir. Qərb valyutaları dəyər qazanır. Əvəzində neftin qiyməti düşür.

 

Sfera.az xəbər verir ki, bu gün qiymətlərdə təxminən 9 faiz enmə müşahidə olunub. Brent markalı neft günə 49,99 ilə başlasa da, indi 1 barrelin dəyəri 46 dollar civarındadır. Gün ərzində hətta 45,29 göstəricisi də qeydə alınıb.

Təbii ki, WTI ümumi prosesdən kənarda qalmayıb. Bu markanın 1 barrelinin qiyməti 42 dollardan bir az çoxdur.

Neftin qiymətinin kəskin düşəcəyini OPEK və OPEK+ üzvlərinin ortaq məxrəcə gəlməməsindən sonra proqnozlaşdırmaq olardı. Mütəxəssislər 40 dollar psixoloji həddinin aşılacağını da gözləyir.


OXŞAR XƏBƏRLƏR