Neftin qiyməti 65 dollar olacaq – EKSPERTDƏN AÇIQLAMA

Neftin qiyməti 65 dollar olacaq – EKSPERTDƏN AÇIQLAMA
 

"Birdən-birə bu qiymətin 72-dən 68 dollara düşməsi o deməkdir ki, neft bazarında balans yoxdur və o istənilən vaxt pozula bilər”


Sfera.az-a açıqlamasında bu sözləri neftin qiymətinin bir gündə kəskin düşərək 72-dən 68 dollara enməsinə münasibət bildirərkən neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev deyib.


Həmsöhbətimiz onu da əlavə etdi ki, neftin qiymətinin 70 dolları keçməsi obyektiv amillərlə bağlı deyildi:

"İstənilən vaxt bu qiymətlərdə azalmalar olacaq. Məsələ ondadır ki, neft ehtiyatları kifayət qədərdir. ABŞ-ın kommersiya təyinatlı neft ehtiyatları da durmadan artır. Eyni zamanda, dünyanın digər məkanlarında, həm Avropa, həm də Asiya bazarlarında kommersiya təyinatlı neft ehtiyatlarında azalmalar müşahidə olunmur. Əksinə, artımlar var. Digər tərəfdən, Çinlə ABŞ arasında ticarət müharibəsinin davam etməsi neftin qiymətini təhdid altına alan faktorlardan biridir. Bu müstəvidə OPEK daxilində də vahid fikirlər yoxdur. Habelə, Vyana sazişi iştirakçılarının bəzilərinin iyun ayından sonra hasilat həcminin azaldılması ilə bağlı sazişin müddətini ilin sonuna qədər uzadılmasına münasibətləri birmənalı deyil. Qurumun son Ciddə görüşündə bu bir daha aydın oldu. Belə ölkələrdən biri də Rusiyadır. Belə olan halda ilin sonuna qədər neftin qiyməti təhdid altında olacaq”.

 

Ekspert neft istehsalçılarını qiymət arxasınca qaçmamağa səslədi:

"Hazırda neft hasil edən ölkələr qiymət dalınca qaçırlar ki, bu da doğru yanaşma deyil. Onlar bazarda balansın və ağırlıq mərkəzinin formalaşmasına fikir verməlidirlər. Belə olarsa, neftin qiyməti 65 dollarda qərar tutacaq. Bu qiymət həm neft hasil edən, həm də idxal edən ölkələrin tam olaraq maraqlarına uyğundur. Qiymətin 70-72 dollar olması isə o deməkdir ki, bazara süni təsirlər var. Süni intervensiyalar isə son anda neftin qiymətinin kəskin düşməsinə səbəb olur. Birdən-birə bu qiymətin 72-dən 68 dollara düşməsi o deməkdir ki, bazarda balans yoxdur və o istənilən vaxt pozula bilər. İndi əsas məsələ bu istiqamətdə balansın bərqərar olmasıdır. Bu baş vermədiyi təqdirdə, neftin qiymətində daima dalğalanmalar olacaq”.


Qeyd edək ki, dünənə qədər dünya bazarında neftin qiyməti 72-73 dollar civarında var-gəl edirdi. Son gün isə bu qiymətlərdə kəskin azalma baş verdi. Bir gün ərzində neftin qiyməti 4 dollar azalaraq 58 dollara düşdü.

Elçin


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...