Neftin qiyməti 2021-ci ilədək 51 dolları keçməyəcək
21:56 / 09.06.2016
1464
Beynəlxalq Valyuta Fondu (İMF) neft bazarı ilə bağlı proqnozunu açıqlayıb. Qurum, hazırda neftin barelinin qiymətinin 52 dollar olmasına baxmayaraq, 2021-ci ilə qədər neftin orta illik qiymətlərinin 51 dollardan aşağı olacağını proqnozlaşdırıb.
Sfera.az "Report"a istinadən bildirir ki, bu barədə İMF-in "Ucuz neft iqymətləri ilə yaşamağı öyrənmək" adlı yeni hesabatında məlumat verilib.
İMF-in proqnozlarına görə, neftin barelinin orta illik qiyməti 2016-cı ildə 36 dollar/barel, 2017-ci ildə 42 dollar/barel təşkil edəcək. Sonrakı illərdə neftin orta illik qiyməti tədricən artaraq 2021-ci ilə qədər 51 dollar/barelə çatacaq. Fond, neft fyuçerslərini təhlil edərək bildirib ki, qiymətlər 2020-ci ilə qədər 50-55 diapazonunu keçməyəcək.