\"Neftçi\"nin cavab oyunu türk əsilli referiyə tapşırıldı

\
"Neftçi"nin Finlandiyada HİK klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Sfera.az-ın məlumatına görə, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Türk əsilli FIFA referisi Deniz Aytekinə yan xətt hakimləri Kristian Dits və Markus Sinn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də Helsinki Futbol Arenasında oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR