Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
12:12 / 15.02.2018
901
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.
Sfera.az bildirir ki, bu barədə Oxu.Az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.
Bildirilib ki, L.Seyidbəyova öz ərizəsi ilə işdən ayrılıb.
Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.