“Neftçi” azarkeşsiz oynayacaq – Dünən baş verənlərə görə

“Neftçi” azarkeşsiz oynayacaq – Dünən baş verənlərə görə
 

Xəbər verdiyimiz kimi, "Neftçi” – "Sabah” oyununda azarkeşlər "Neftçi” rəhbərliyini istefa səslədiyinə görə, ikinci hissədə rəhbərliyin tapşırığı ilə polislər tərəfindən stadiona buraxılmayıblar. 

"Forza Neftçi” və "NeftçiMania” azarkeş qrupu rəhbərliyin bu davranışlarından dolayı, bir müddətlik tribunalardan çəkilmək qərarı alıb. Bu barədə hər iki azarkeş qrupunun rəsmi səhifəsi "Facebook” ünvanlarında yazı yerləşdirib. 

Azarkeşlərin bu addımı atmasının səbəbi bəllidir. Onlar rəhbərlikdən istefa tələb edirlər. Həm rəhbərlik, həm də məşqçilər korpusundan narazı olan azarkeşlərin tək ümid yeri tribunada "istefa” deyə səslənmək olub ki, bunun da qarşısı alınıb. 

İndi isə, daha bir məqama nəzər yetirək. Oyundan sonra keçirilən mətbuat konfransında Roberto Bordin jurnalistin "Azarkeşlərin istefa səsləndirməsinə münasibətiniz necədir?” sualına cavab olaraq bunları qeyd edib:

"Məncə, onlar əsl "Neftçi” azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi”.

Futbolçu Kril Petrovun eyni tipli suala cavabı: "Mən belə adamları azarkeş hesab eləmirəm".

Məncə, bu cavablar daha çox öyrədilmiş fikirlərdir, nəinki azarkeşlər. Belə aydın olur ki, "Neftçi” rəhbərliyinə azarkeşsiz oynamaq daha çox sərf edir, amma azarkeş fikirini dinləmək yox. Hətta tapşırıq verib polsilərin işə müdaxilə etməsinə şərait yaratmaqdan da çəkinmirlər. Bu halda azarkeşlərin də tribunalardan kənarlaşması haqlı qərardır. Futbolu gözəllişdirən azarkeşlərdir və əgər, klub rəhbərliyi azarkeş fikirinə hörmət  etmirsə, o zaman azarkeşin də edə biləcəyi şey budur. Kənarlaşmaq ə yerini boş tribunalara vermək. Görək, "Neftçi” bu dəfə hansı yolla azarkeş dəstəyini yenidən geri qayataracaq.


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...