"Neft qiymətləri azalsa da, Azərbaycan iqtisadiyyatını səmərəli idarə edir"

"Neft qiymətlərinin azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının səmərəli idarə edilməsini təmin edib".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik Azərbaycan-Türkiyə biznes-forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycanın inkişafı qarşısında bir çox maneələr yaradılıb: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı qətliamı, eləcə də Türkiyədə terror aktları və hərbi çevriliş cəhdinin məqsədi bizim inkişafımıza mane olmaq idi".

Onun sözlərinə görə, 2050-ci ildə dünya əhalisinin sayı 10 milyarda yaxınlaşacaq: "Buna görə də dünyada kənd təsərrüfatı məhsullarının istehsalı 60 faiz artırılmalıdır".

F.Çelik qeyd edib ki, Türkiyə Avropanın ən böyük kənd təsərrüfatı məhsullarının istehsalı mərkəzidir: "Bu gün biznes-forum iştirakçılarının üzərinə böyük vəzifə düşür. Bu forumun kənd təsərrüfatı sahəsində əlaqələrimizi gücləndirəcəyinə əminəm. Türkiyə və Azərbaycanın coğrafi mövqelərini nəzərə alsaq, əməkdaşlığımızın nəticəsini təsəvvür etmək olar".


OXŞAR XƏBƏRLƏR