Neft qiymətindəki dəyişiklik: bahalaşma, yoxsa... – Ekspert

Neft qiymətindəki dəyişiklik: bahalaşma, yoxsa... – Ekspert
Neft qiymətləri hələ bir müddət dar çərçivədə, 60-65 dollar koridorunda olacaq.

Bu sözləri  neft qiymətlərinin bahalaşmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, buna bahalaşma demək olmaz:

"Çünki qiymət dünən də ucuzlaşmışdı. Əslində bu, dar koridorda qiymət dəyişməsidir, korreksiyadır. Neft bazarı dar koridorda var-gəl edir. Qiymətləri yuxarı, ya da aşağı çəkən ciddi faktorlar yoxdur. Bazar gözləmə mövqeyindədir. Bir çox məsələlərlə bağlı neft bazarı siqnallar, əsasən, ticarət savaşları, Breksit, Venesuela olayları, İranla bağlı xəbər axınını gözləyir”.

N.Cəfərli vurğulayıb ki, əgər anlaşmasız Breksit olsa, bu, Avropa iqtisadiyyatında və dünyada dalğalanmalara gətirib çıxaracaq:

"Nəticə olaraq neftə təlabatın azalmasını, qiymətin enməsini müşahidə edə bilərik. Yaxud Venesuelada müxalifətin tam qalib gəlməsi Qərb şirkətlərinin ölkəyə dönməsinə, hasilatın artmasına səbəb olacaq ki, bu da neft qiymətlərini ucuzlaşdıracaq”.

Qeyd edək ki, dünya bazarında bu gün "Brent” markalı neftin bir barreli 0,47 dollar qalxıb və 61,98 dollar olub.Axar.az

OXŞAR XƏBƏRLƏR