İqtİsadİyyat

Neft niyə sürətlə bahalaşır? - Son 40 ildə ilk dəfədir ki...

Neft niyə sürətlə bahalaşır? - Son 40 ildə ilk dəfədir ki...
"Neftin bahalaşmasına səbəb ABŞ-ın neft hasilatını kəskin artırması ilə bağlı hesabatının dərc olunmasıdır. Son 40 ildə ilk dəfədir ki, neft bazarında belə bir durum müşahidə olunur”.
 
İqtisadçı Natiq Cəfərli Sfera.az-a açıqlamasında belə deyib. İqtisadçının sözlərinə görə, neftin bahalaşmasına təsir edən digər amil isə İran faktoru olub:
 
"Amerika İrana neft satışı ilə bağlı qadağa qoyduqdan və bu ölkədə həmin məhsulu alan şirkət ölkələrinə sanksiya tətbiq edəcəyi ilə bağlı bəyanatı açıqladıqdan sonra qiymətlər 80 dollaradək yüksəlib”. 

İqtisadçı bildirdi ki, bu günlərdə isə neftin ucuzlaşmasına təsir edən başlıca amil isə Rusyanın atacağı addım olub:
 
"Rusiya isə İrana dəstək olmaq üçün bu ölkədən nefti alıb digər ölkələrə satmaqla bağlı planının olduğunu açıqladı. Bu amil də neft qiymətlərinin aşağı düşməsinə səbəb oldu. Neft hasilatı kəskin artır, istehlakı isə gözləniləndən daha aşağıdır.  Hətta növbəti ildə neft istehlakının kəskin azalacağı ilə bağlı Beynəlxalq Energetika Agentliyi bəyanat verdi. Siyasi və geosiyasi amillərin təsiri olmasaydı, neftin qiyməti 55 dollar civarında qərarlaşmalı idi”. 
İqtisadçının sözlərinə görə siyasi gərginlik artsa, qiymətlər daha da qalxacaq.

Nigar
Sfera.az

XƏBƏR LENTİ