Neft Fondundan büdcəyə transfert azaldılacaq

Neft Fondundan büdcəyə transfert azaldılacaq
2022-ci ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği azaldılacaq. 

Maliyyə Nazirliyinin təqdim etdiyi büdcə layihəsinə əsasən, gələn il transfertin məbləği 11,86 milyard manat, 2023-cü ildə 11,52 milyard manat, 2024-cü ildə 11,18 milyard manat, 2025-ci ildə 10,84 milyard manat olmalıdır. 

Sfera.az xatırladır ki, proqnoza görə 2021-ci ildə büdcəyə 12,2 milyard manat transfert edilməlidir. Göründyü kimi, gələn il proqnozlaşdırılan transfertin məbləği cari ildən 340 milyon manat az olacaq. 

Əvvəlki illərdə isə transfertin məbləği artırılırdı. Transfertin məbləği 2017-ci ildə 6,1 milyard manat, 2018-ci ildə 10,96 milyard manat, 2019-cu ildə 11,36 milyard manat olmuşdu.  

Hökumətin fiskal yanaşmasına görə Neft Fondundan transfertin yüksək səviyyədə saxlanılması risklidir və bu, ortamüddətli dövrdə Dövlət Neft Fondunun aktivlərinin tükənməsinə səbəb ola bilər. Bunun qarşısının alınması üçün transfetlərin əlverişi zonada saxlanılması vacibdir. Bu məqsədlə dövlət büdcəsinə transfertin hər il azaldılması ilə bağlı əməliyyat hədəfi müəyyən edilməsi nəzərdə tutulur. 

Büdcə layihəsində göstərilir ki, növbəti illərdə dövlət büdcəsinə transfertin azaldılan hissəsi qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənəcək. 

Qeyd edək ki, transfertin məbləğinin azaldılmasını ÜDM istehsalında neft sektorunun payının azalması da tələb edir. Son illərdə neft-qaz sektorunun ÜDM-də payı azalsa da, hələ də büdcə gəlirlərində və ixracda bu sektorun payı çoxdur. 2020-ci ildə neft-qaz sektoru ÜDM-in 29,9, dövlət büdcəsi gəlirlərinin 56,7 faizini və ixracın 86,5 faizini təşkil edib. 2021-ci ildə isə neft-qaz sektorunun ÜDM-in 33, dövlət büdcəsi gəlirlərinin 54,1 faizini təşkil edəcəyi gözlənilir. 
Transfertin azaldılmasını zəruri edən digər amil son illərdə neftin ucuzlaşmağa meyilli olmasıdır. Son dövrlərdə yaşıl iqtisadiyyata keçidlə bağlı təşəbbüslərin geniş vüsət alması, alternativ və bərpa olunan enerjinin rolunun artması neftə olan təlabatın azalmasına səbəb olmaqla orta və uzunmüddətli dövrdə neft qiymətlərinin yüksək olmayacağı ilə bağlı ehtimalları artırır. Bununla bərabər Azərbaycanda istismar olunan neft yataqları üzrə ehtiyatlar tədricən tükənir və hasilat azalır. Bu baxımdan da aşağı neft qiymətləri və hasilatın tədricən azalması uzunmüddətli dövrdə neft gəlirlərinin azalmasını şərtləndirir ki, bu da makrofiskal çərçivənin dayanıqlığına, makroiqtisadi və büdcə tarazlığına böyük təzyiq yaradır. Buna görə də qarşıdakı illərdə hökmən büdcənin neft pullarından asılılığı azaldılmalıdır. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...