Neft Fondu qazancını açıqladı

Neft Fondu qazancını açıqladı
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 424,2 mln. manat, büdcə xərcləri isə 2 344,2 mln. manat təşkil edib.

Sfera.az fonda istinadən xəbər verir ki, I rüb ərzində ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 4303,3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 533 mln. manat, bonus ödənişlərindən 765,2 mln. manat, tranzitdən isə 5,1 mln. manat gəlir əldə edib.

Fondun vəsaitinin idarə olunmasından gəliri isə 120,9 mln. manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəliri 779,9 mln. manat təşkil edib.
Hesabat dövründə ARDNF 2018-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 299 mln. manat yönəldib.

Bundan başqa, Fond qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 30,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,4 mln. manat vəsait, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 0,5 mln. manat ayırıb.

Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 4,9 mln. manat təşkil edib.

Aprelin 1-nə ARDNF-in aktivləri 37 631,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5,1% çoxdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və investisiya portfelinin tərkibindəki xarici valyutaların məzənnəsinin dəyişməsindən yaranmış fərq hesabına təmin edilib. 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...