“Nə oldu? Qaçdılar dərhal öz “yiyələrinin” yanına ki, qoymayın bizi qırdılar...”

“Nə oldu? Qaçdılar dərhal öz “yiyələrinin” yanına ki, qoymayın bizi qırdılar...”
 

Yerli KİV-lər müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən həftə sonu Real TV-də "Mirşahinin vaxtı” proqramına verdiyi müsahibədən maraqlı fraqmenti yayıb. Həmin fraqmentdə nazir 2016-cı ilin aprel döyüşləri zamanı ermənilərin "öz yiyələrinin yanına qaçıb” kömək dilməsindən bəhs edir.

Zakir Həsənov bu məsələ haqda Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair avantürist, qızışdırıcı və təcavüzkar bəyanatlarına münasibət bildirərkən danışıb.

"Hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir. Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”, - deyə nazir vurğulayıb.

Nazir yada salıb ki, 2016-cı ildə Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın edib: "Onda məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə… Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz ”yiyə”lərinin (Rusiya nəzərdə tutulur-red) yanına ki, "qoymayın, bizi qırırlar”. Lakin mən inanmıram ki, ikincidə bunların "yiyə”ləri bunların arxasında dayana bilsin”, – deyə nazir bildirib.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...