İqtİsadİyyat

“NBC Bank” ötən il 4 rübə qazandığını bu il 3 rübə qazandı

“NBC Bank” ötən il 4 rübə qazandığını bu il 3 rübə qazandı
"NBC Bank” ASC ilin ilk 9 ayında 13,43 mln manatlıq faiz gəliri əldə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artım olması deməkdir.

Sfera.az bu barədə NBC Bank-ın 2018-ci ilin 3-cü rübünə olan hesabatına istinadən xəbər verir.

Sığorta işinin avtomatlaşdırılmasına dair praktiki məsləhətlər- DÜNYA PRAKTİKASI

Hesabata görə, bankın faiz xərcləri 7,88 mln. manat, qeyri-faiz gəlirləri 2,24 mln. manat və qeyri faiz xərcləri isə 5,38 mln. manat təşkil edib və bankın ilin ilin 3 rübü ərzindəki xalis mənfəəti 2,92 mln. manata çatıb. Bir faktı da qeyd etməliyik ki, Bank ötən ilin müvafiq dövrü ərzində 2,48 mln. manatlıq, 2017-ci ilin sonunda isə 2,91 mln. manat xalis mənfəət əldə etmişdi.

Deposit və Kredit portfeli böyüyür

Bankın hazırda cəmi aktivləri il ərzində 12 faiz artmaqla 269 mln. manata çatıb ki, bunun da 188 mln. manatı müştərilərə verdiyi kreditlərdir.
Bankın cəmi öhdəlikləri də aktivləri kimi artımla davam edir. Belə ki, "NBC Bank”ına il ərzində depozit qoyanların həcmi 41% artıb 100,59 mln. manat olub ki, bununda 46%-ə yaxını fiziki şəsxlərdən cəlb olunan əmanətlərdi.

Lakin, iki ilin mənfəətlərinə rəğmən "NBC Bank”ın yığılmış 9,48 mln. manatlıq illərdir yığılıb qalmış zərəri var.
Xatırladaq ki, "NBC Bank”ın 64 mln. manatlıq nizamnamə kapitalı var (səhmdarları barədə..)
 
AdRiver

XƏBƏR LENTİ