Cəmİyyət

Nazirlikdən zəlzələ AÇIQLAMASI: "6 ballıq zəlzələ nəticəsində..."

Nazirlikdən zəlzələ AÇIQLAMASI:
 

Bu gün Zaqatala rayonu ərazisində baş verən 6 ballıq zəlzələ nəticəsində hər hansı dağıntı və xəsarət alanların olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031