Nazirlikdən Sabirin ev muzeyinin sökülməsinə - Münasibət

Nazirlikdən Sabirin ev muzeyinin sökülməsinə - Münasibət

Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb.

İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev Report-a bildirib ki, buna səbəb evin bir divarının uçması olub.

Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".

R.Tağıyev qeyd edib ki, ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq: "Bu binada əvvəlkindən fərqli olaraq konfrans zalı və fond otaqları yerləşəcək. Binanın tikintisi ilə nəvələri şəxsən məşğul olur. Onlar bu yaxınlarda Mirzə Ələkbər Sabirin gəlininin dəfn mərasimi üçün Şamaxıya gəlmişdilər. Gəlini Sabirin yanında dəfn olunub".

Qeyd edək ki, M.Ə.Sabir 1911-ci ildə 49 yaşında Şamaxıda vəfat edib və doğma şəhərində torpağa tapşırılıb.

***

Şair Mirzə Ələkbər Sabirin sökülən ev muzeyi orijinal deyildi.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.

O qeyd edib ki, illər əvvəl şairin ev muzeyi yararsız vəziyyətdə olduğu üçün sökülüb və yerində hazırki bina tikilib: "İndi xüsusi layihə əsasında Sabirin evinin orijinalı yenidən inşa edilir".

Qeyd edək ki, Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...