Nazirlikdən Mirkamilin ŞOK SÖZLƏRİNƏ REAKSİYA: Ona dərman satan şəxsin... - VİDEO

Nazirlikdən Mirkamilin ŞOK SÖZLƏRİNƏ REAKSİYA: Ona dərman satan şəxsin... - VİDEO
"Xalq ulduzu" yarışması ilə məşhurluğa qovuşan Mirkamil Kamilov Səhiyyə Nazirliyini məhkəməyə verəcək.

Bu barədə müğənni özü məlumat yayıb.

Kamilov bildirib ki, onun narkotik əleyhinə olan dərmanları almasına problem yaradılır:

"Narkotik asılılığından çıxmağım üçün qəbul etdiyim dərmanları əldə etməyimə mane oldular. Allah canlarını sağ eləsin. Mən o qədər də dəli deyiləm. Öz həkimimə narkotik vasitə olan dərman sifariş etdim. Səhiyyə Nazirliyi, eşidin. İnsanın beynini, ağlını əlindən ala biləcək dərmanı mənə satdılar. Əgər bu dərman satılırsa və ölümlə nəticələnə bilərsə, niyə satılır və mənə xeyri olan digər dərmanı almağıma niyə maneçilik törədilir. Səhiyyə Nazirliyini məhkəməyə verəcəyəm. Tutaq ki, mən deyiləm, başqa bir insandır. Cavab versinlər ki, adam öldürən dərmanı niyə satırlar?"

Qeyd edək ki, M.Kamilov bir müddət öncə narkotik qəbul etdiyini özü açıqlayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, M.Kamilov videomüraciətdə xəstəxananın, həkimin adını açıqlamayıb: "Məhkəməyə müraciət edən zaman yəqin ki, kimdən şikayət etdiyini də bildirəcək və o zaman bu barədə bir tədbir görülə bilər. İddia ərizəsi verəndə ümid edirik ki, ona dərman satan şəxsin kim olduğunu açıqlayacaq".Publika.az



OXŞAR XƏBƏRLƏR