Nazirlikdən meşə yanğınları ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Nazirlikdən meşə yanğınları ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Son günlər baş verən meşə yanğınlarının dəhşəti hər birimizə sonsuz kədər və ürək ağrısı gətirməklə bərabər, "nə edək ki, belə qarşısı çətin alına bilən fəlakətlə üzləşməyək?” kimi düşündürücü sual da yaratdı. 

Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək.

ETSN-in mətbuat katibi İradə İbrahimova hər birimizi üzməli və düşündürməli olan bu həssas məsələ ilə bağlı fikirlərini səsləndirib və vətəndaşlara çağırış edib:

"Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri,   fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa,  söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər. 

Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...