Nazirlikdən bütün ölkə üzrə işçilərin məzuniyyəti ilə bağlı – MÜHÜM GÖSTƏRİŞ

Nazirlikdən bütün ölkə üzrə işçilərin məzuniyyəti ilə bağlı  – MÜHÜM GÖSTƏRİŞ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatların rəhbərlərinə və digər işəgötürənlərə müraciət edib.

Bu barədə nazirlikdən bildirilib. 

Müraciətdə bildirilib ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, istehsalatda baş verən qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğu müstəsna hallarda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər: 

“Bu zaman işçinin əmək məzuniyyətindən geri çağırılması əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir.

Yaxud da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməyən məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Həmçinin məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulan qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir”.

Müraciətdə qeyd olunub ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmayan qaydada və məbləğdə kompensasiya ödənilir: 

“Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsinin birinci cümləsinə əsasən isə işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər”.

Müraciətdə bildirilib ki, qeyd edilənlər əsasında əmək məzuniyyətindən geri çağırılan işçiyə bütün hallarda işlədiyi həmin günlərə görə əmək haqqı ödənilməlidir: 

“İşəgötürənlərin diqqətinə çatdırılır ki, istifadə olunmayan məzuniyyət günlərinə görə işçidən məzuniyyət pulu tutulmadıqda ona gələcəkdə müəyyən olunmuş qaydada məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir.

Bu əvəzgünlərin haqqı işəgötürən tərəfindən əmək məzuniyyəti verilərkən ödənildiyi üçün işçinin Əmək Məcəlləsinin 135-ci və 144-cü maddələrinin 2-ci hissələrində nəzərdə tutulan kompensasiyanı və ya pul əvəzini almaq hüququ yoxdur. İşçiyə əvəzgünlərin verilməsi onun məzuniyyət hüququnun tərkib hissəsi olduğu üçün Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsinin birinci cümləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi qaydası bu halda işçiyə şamil oluna bilər”.

Nazirliyin müraciətində qeyd olunub ki, işçi məzuniyyətdən geri çağırılarkən ondan istifadə edilməyən məzuniyyət günlərinə görə məzuniyyət pulu tutulduğu halda işçiyə gələcəkdə müəyyən edilmiş vaxtda həmin məzuniyyət günləri verilərək məzuniyyət pulu yenidən hesablanıb ödənilir:

“Əgər bu məzuniyyət günləri istifadə edilməzsə, onaəmək münasibətlərində olduğu dövrdə Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən kompensasiya və ya işdən azad olunarkən 144-cü maddənin 2-ci hissəsinə əsasən, məzuniyyətin əsas hissəsinə görə pul əvəzi verilir.

Əmək məzuniyyətindən geri çağırılan işçilərə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın verilməsi üzrə əmək qanunvericiliyi qaydalarının izahı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəssisə, idarə və təşkilatların rəhbərlərinə və digər işəgötürənlərə ünvanlanan müraciətlə nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “İşəgötürənlərə müraciət” bölməsində də tanış olmaq mümkündür".

Oxu.Az


OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...