Nazirlikdən açıqlama: 3 gün ərzində hava necə olacaq?
11:23 / 17.11.2017
799
"Növbəti üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.
Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, noyabr ayının 17 və 18-də gündüz saatlarında ölkənin bəzi yerlərində yağış yağacağı gözlənilir: "Noyabrın 18-də gündüzdən etibarən ayın 19-20-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".
Sfera.az