Nazirlik yeni binanı istifadəyə verib

Nazirlik yeni binanı istifadəyə verib

Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib.

Sfera.az MN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçular və mülki işçilərin qidalanması üçün nəzərdə tutulan yeməkxanada şəraitlə tanış olub.

Məruzə edilib ki, iki zaldan ibarət yeməkxana və mətbəx yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün lazım olan bütün növ müasir tipli avadanlıqlarla təmin olunub. Xidməti və inzibati otaqlardan ibarət binaya kommunikasiya xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və kondisioner sistemi quraşdırılıb.

Qısa müddətdə inşa edilərək şəxsi heyətin istifadəsinə verilən yeməkxanadakı şəraitlə tanış olduqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi burada çalışan mülki əməkdaşlarla görüşərək müvafiq tapşırıqlarını verib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...