Cəmİyyət

Nazirlik xərçəng xəstəsinə əlilliyin verilməməsinin səbəblərini araşdırdı - RƏSMİ

Nazirlik xərçəng xəstəsinə əlilliyin verilməməsinin səbəblərini araşdırdı - RƏSMİ
Son günlər bir neçə mətbuat orqanında Zərdab rayon sakini Vahidov Asim Mahmud oğlunun əlillik vəziyyəti barədə şikayət xarakterli yazı dərc olunub. 

Yazıda dərc olunan nünaslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb. Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən problem araşdırılıb: "Vahidov Asim Mahmud oğlunun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0260003AAE40 saylı göndərişi əsasında 30.05.2018-ci il tarixdə qiymətləndirilib və "göndərişin natamam doldurulması səbəbilə” əlillik təyin edilməyib. Əlilliyin təyininə əsas verən 0260003AAE40 saylı göndərişin təhlili göstərir ki, göndərişdə əsas diaqnoz kimi "Sidik kisəsi gümbəzinin bədxassəli yeni törəməsi”, status localis kimi "Sidik kisəsi xərçəngi. TaNoMo 0 mərhələ Sidik kisəsi TUR-B cərrahi əməliyyat, 6 kurs monokimyaterapiyadan sonrakı vəziyyət” qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik dərəcəsinin verilməsi üçün əsas götürülən bədxassəli şişin növü, klinik mərhələsi və biopsiya və histoloji müayinələrin nəticəsi qeyd olunmadığı üçün "göndərişin natamam doldurulması səbəbilə” əlillik təyin edilməyib".
Xatırladaq ki, sözü gedən məqalədə şikayətçinin xərçəng xəstəsi olduğu üçün əməliyyat olunduğu, kimyaterapiya aldığı, lakin nazirlik tərəfindən ona əlillik dərəcəsinin verilmədiyi qeyd olunmuşdu.

Nigar
Sfera.az
AdRiver

XƏBƏR LENTİ