Nazirlik itkin düşən alpinistlərin axtarışı ilə bağlı görüntülər yaydı (FOTO)

Nazirlik itkin düşən alpinistlərin axtarışı ilə bağlı görüntülər yaydı (FOTO)

 Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb.

Sfera.az nazirliyin saytına istinadən xəbər verir ki, alpinistlərin axtarışları yanvarın 17-də də davam edib.

Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin, onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.
 


DİGƏR XƏBƏRLƏR


---