Nazirlik: Hazırda neftin ədalətli qiyməti 45-55 dollardır

Nazirlik: Hazırda neftin ədalətli qiyməti 45-55 dollardır

"Hazırda bazar üçün neftin ədalətli qiyməti bir barel üçün 45-55 ABŞ dollarıdır”. 

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin söyləyib. 

Onun sözlərinə görə, qeyd olunan qiymət bazarda tələb artımı üçün optimaldır, lakin şist layihələrinin böyüməsinə imkan vermir. 

 

"Fikrimizcə, bazarın fəaliyyət göstərməsinə imkan verən ədalətli qiymət, hazırda bir barel üçün 45-55 dollar arasındadır. Bu, bahalı layihələrin böyüməsinə imkan vermir, eyni zamanda tələbin sabit böyüməsinə imkan yaradır",  -  deyə P. Sorokin qeyd edib. 

Nazir müavini əlavə edib ki, dünya bazarlarında neftə olan qiymətlərin enməsində koronavirusun (COVİD-19) da rolu var. Hazırda bir barel neftin qiyməti 25 dollar civarındadır.


OXŞAR XƏBƏRLƏR

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.   Sfera.az-ın məlumatına görə, bu haqda elan saytlarından birində təklif yerləşdirilib. O...

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən biri...

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...