Nazirlik dərs ilini artırıb, adını da belə qoymaq istəyir

Nazirlik dərs ilini artırıb, adını da belə qoymaq istəyir

Təhsil Nazirliyi tədris ilinin artırılmasını təklif edib.

Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirə olunur.

Nazirlik rəsmisi xatırladıb ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib: "Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq daha 2 həftə çox öyrənmək istəyirik”. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...