Nazirlik bu tədbirlərə 300 min xərcləyib

Nazirlik bu tədbirlərə 300 min xərcləyib

Gənclər və İdman Nazirliyi 2017-ci ildə basketbolla bağlı tədbirlərə 300 min manata yaxın vəsait xərcləyib.

Nazirliyin məbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, il ərzində iki dəfə Azərbaycan çempionatı və birinciliklərinin zona və final oyunları keçirilib. Avropa birinciliyinə üç yaş qrupu üzrə (16, 18, 20) yığma komandalar tam heyətlə ezam olunublar.

Yeniyetmələrin I Respublika Oyunları çərçivəsində kişilər arasında Şəmkir, Qax və Oğuzda zona və final yarışları təşkil edilib.

Həmçinin, 18 yaşadək kişilərdən ibarət milli 2 dəfə Gürcüstanın açıq çempionatına, əsas yığma isə 2 dəfə Qırğızıstanın paytaxtı Bişkekə beynəlxalq turnirə ezam olunub.

İl ərzində 20 yaşadək kişilərdən ibarət yığmanın Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirməsinə şərait yaradılıb. 3x3 basketbol yığmasının isə Özbəkistanın paytaxtı Daşkəndə səfər etməsinə köməklik göstərilib.

Azərbaycan çempionatlarında icarə haqqları və mükafatları da nazirlik ödəyib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR