Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ
12:11 / 17.07.2019
2690
Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.
İştirakçılar 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxıb. Respublika Komissiyası 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alıb.
Müraciətlərin və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub(FED)