Nazirlik bu sahibkarlara cinayət işi açıb

Nazirlik bu sahibkarlara cinayət işi açıb

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlanıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, iyun ayının 5-də fiziki şəxs Nəbiyev Toğrul Fuad oğlunun rəhbərlik etdiyi kompozit taxta sexində və "Vegaplast” MMC-yə məxsus istehsal sexində əmək münasibətləri sahəsində vergi nəzarəti tədbirləri keçirilib. Nəzarət tədbirləri zamanı Toğrul Nəbiyevə məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən və "Tekoplast” əmtəə nişanı adı altında kompozit taxtalar, pvc lambirinlər, plintuslar, asma tavanlar istehsal edilən sexdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 19 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən, "Vegaplast” MMC-yə məxsus su boruları, dam örtükləri, izolyasiya panelləri istehsal edilən sexdə isə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 42 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.

Qeyd edək ki, əmək müqavilələri olmadan işçilərin geniş miqyasda işə cəlb edilməsi halları bundan əvvəl keçirilən nəzarət tədbirləri zamanı da aşkarlanıb. Məsələn, əvvəlki nəzarət tədbirləri zamanı hüquqi şəxs "Donqfanq Internation" MMC-yə məxsus, Abşeron rayonu, Maştağa qəsəbəsi, subtropik bağlar sovxozu ərazisində yerləşən və lambir istehsal edilən sexdə də oxşar hallar aşkarlanıb. Tədbir zamanı müəssisənin Çin əsilli rəhbərliyi yerli işçiləri anbarda gizlətməyə çalışsa da, buna müəssər olmayıb, nəzarət tədbiri zamanı anbarda gizlənmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 33 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib. İşçilərdən alınmış izahatlardan aydın olub ki, həmin işçilərin bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb. Faktla bağlı materiallara Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baxılacaq.

Ümumilikdə, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb. Bu müddət ərzində "Ştutqart" (ehtiyat hissələri mağazaları), "Halal Tekstil", "Arm” (MADO restoranlar şəbəkəsi), "Altrade", "Təmiz Qida", "Salam Şirkətlər Qrupu" (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.

"Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...