Nazirlik bu şadlıq saraylarına qadağa qoydu

Nazirlik bu şadlıq saraylarına qadağa qoydu
 

İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən  şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.

Nazirlikdən Sfera.az-a  daxil olan məlumata görə, monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən "Amor”, "Mələk Palace”, "Grace Hall”, "Ayla”, "Monte Karlo”, "Madonna”, "Al saray”, "Səbinə”, "Həyat Hall” və "Piano”  şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. 

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb: "Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilib". 

ETSN-nin sözçüsü  onu da qeyd edib ki, əksər obyekt sahibləri elə hesab edir ki, təmizləyici qurğu quraşdırmaqla iş bitir, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə əhəmiyyət vermir: "Bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulacaq. Araşdırma və monitorinqlər davam etdirilir".


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...